AFFA baş məşqçi və oğlunu cəzalandırdı - VİDEO

AFFA baş məşqçi və oğlunu cəzalandırdı - VİDEO

AFFA İntizam Komitəsi Region Liqasının son turunda baş vermiş xoşagəlməz hallarla bağlı qərarlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, "Baku” (Bakı) – "Şahdağ” (Qusar) matçında qonaq komandanın baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə beş oyun texniki zonadan uzaqlaşdırılıb. 

Görüşün 35-ci dəqiqəsində "Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb. 38-ci dəqiqədə isə qusarlıların digər oyunçusu, baş məşqçinin oğlu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət etməsi səbəbindən üç matçlıq cəza ilə üzləşib.

 

Qarşılaşmanın 45+2-ci dəqiqəsində "Şahdağ”ın futbolçusu Firudin Ağalarov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb.

Millimizin sabiq futbolçusu Vüqar Nadirovun kapitanı olduğu "Baku” isə azarkeşlərinin meydana və rəqib komandanın futbolçularına yad əşya atdıqlarına görə qarşıdakı üç oyunu azarkeşsiz keçirəcək. Bundan başqa, kluba analoji hadisənin yenidən baş verəcəyi təqdirdə daha ağır cəzalanacağına dair xəbərdarlıq edilib.

Qaxda keçirilmiş "Kürmük” – "Şəki” matçı başa çatdıqdan sonra isə meydan sahiblərinin futbolçusu Surxay Mikayılovla Ramin Hacıyev və qonaq komandanın oyunçuları Süleyman Məmmədovla Nəriman İmayətov təhqiredici ifadələr, aqressiv davranış və kütləvi dava-dalaşda iştirak ediblər. Bununla əlaqədar onların hər biri doqquz oyunluq cəzalanıb.

"Kürmük” növbəti üç ev oyununu neytral meydançada və azarkeşsiz keçiriləcək. Həmçinin, bu komandaların cavab matçı azarkeşsiz oynanılacaq. Analoji hal yenidən baş verəcəyi təqdirdə, Qax klubu yarışdan kənarlaşdırılacaq.


Загрузка...

Xəbər lenti