"WhatsApp"dan möhtəşəm YENİLİK

Tətbiq hələ ki istifadəçilərə pulsuz təqdim edilir

"WhatsApp"a kompüterlə daxil olanlar üçün əhəmiyyətli funksiyalar istifadəyə verilib.
"WhatsApp" 2018-ci ilin əvvəllərində müəssisələrə özəl "WhatsApp Business"i təqdim etmişdi.

"Facebook"a aid olan şirkətin bu yeni tətbiqi bir çox fərqli xüsusiyyətlərə sahib idi. Şirkət bu tətbiqə bəzi funksiyalar əlavə edəcəyini açıqlayıb.

Belə ki, bu funksiyalar vasitəsilə bundan sonra "WhatsApp Business"i kompüter vasitəsilə istifadə edənlər zamana qənaət edərək müştərilərə daha tez cavab verə biləcəklər.

Şirkətin açıqlamasına görə, "WhatsApp Business" istifadə edən 5 milyona yaxın müəssisə var.

"WhatsApp Business"ə əlavə edilən ikinci funksiya etiketləmədir. Bu funksiya vasitəsilə söhbətləri etiketləmək və axtarılan bir söhbəti tapmaq asan olacaq.

Tətbiqə əlavə edilən 3-cü funksiya çat siyahısını filtirləmədir. Bu xüsusiyyətlə istifadəçilər mesajları qruplara, oxunmuş-oxunmamışlara görə sinifləndirə biləcək.

Şirkət və ya hərhansı bir firma sahibi "WhatsApp Business"ə keçərək həm şəxsi hesabını, həm də iş hesabını iki ayrı cihaza ehtiyac duymadan rahatlıqla istifadə edə biləcək.

Qeyd edək ki, tətbiq hələ istifadəçilərə pulsuz təqdim edilir.

"WhatsApp Business"i normal tətbiqdən fərqləndirən digər bir xüsusiyyət isə tətbiqə şəhər telefonları ilə üzv ola bilmək xüsusiyyətidir. Bu tətbiq sayəsində şirkətlər müştərilərlə daha asan əlaqə yarada biləcək. /sputnik.az/

Загрузка...

Xəbər lenti