Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
Azərbaycanda "Acı həyat” serialı ilə tanınan türkiyəli aktyor Ferdi Merter vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə aktyorun qızı Almula Merter sosial mediada məlumat verib.

Qeyd edək ki, aktyor bu ilin fevral ayında evində yıxılıb, ayağını sındırmışdı. O, daha sonra əməliyyat olunsa da, müalicəsi effekt verməyib.

Onu da bildirək ki, Ferdi Merter 19 iyun 1939-cu ildə İstanbulda dünyaya gəlib. İlk dəfə "Tosun Paşa” filmində rol alıb.

Merter aktyorluqla yanaşı, yazar və rejissor idi.

O, sonuncu dəfə "Kiralık aşk” serialında çəkilib.

Xəbər lenti