Mərkəzi Bankdan mühüm qərar

Mərkəzi Bankdan mühüm qərar
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10% səviyəsində, faiz dəhlizinin yuxarı və aşağı həddi buna simmetrik diapazonda +/-2% səviyyəsində (yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılıb.

APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, daha sonra isə 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması, daha sonra 2018-ci il iyunun 14-də uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması barədə qərar qəbul edib.

Xəbər lenti